Novella Cəfərova: Tullantıların idarə edilməsində QHT-lər bələdiyyələrlə birgə işləməlidir
Bakı, 12 sentyabr, AZƏRTAC
Tullantıların idarə edilməsi ciddi məsələdir. Qeyri-hökumət təşkilatları bu məsələdə bələdiyyələrlə birgə işləməlidir.
AZƏRTAC xəbər verir ki, bunu D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.
Qonşu ölkələrdən Azərbaycana gələn çayların sularının çirkli vəziyyətdə olduğunu vurğulayan QHT sədri əlavə edib: “Biz bu məsələni də Gürcüstanın qeyri-hökumət təşkilatları ilə birgə işləyə bilərik. Prezident İlham Əliyev Filizçay yatağında geoloji axtarış və kəşfiyyat işlərinin aparılması ilə bağlı Sərəncam imzalayıb. Bu işlər çox həssas aparılmalıdır. Orada geoloji axtarış və kəşfiyyat işləri aparanda meşələrin qırılmasına imkan vermək olmaz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:48]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]