Novosibirskdə yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın nəticəsində 16 nəfər xəsarət alıb
Moskva, 14 iyun, AZƏRTAC
Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın nəticəsində 16 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, “Avroqaz” yanacaqdoldurma məntəqəsində yanacaq anbarı partlayıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 16 nəfərdən 6-sının vəziyyəti ağırdır.
Hadisənin anbara qaz doldurulması zamanı baş verdiyi bildirilir. Qəza ilə əlaqədar cinayət işi açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:11]
Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]