Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb
Bakı, 2 aprel, AZƏRTAC
Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə iştirakının müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.