Novruz yarmarkaları fermerlər üçün də sərfəlidir
Bakı, 3 mart, AZƏRTAC
Son illər ölkəmizdə fermerlərə yetişdirdikləri məhsulları satmaq üçün gözəl şərait yaradılıb. Misal üçün, elə bu günlərdə Prezident
İlham Əliyevin tapşırığına əsasən təşkil edilən Novruz yarmarkalarını qeyd edə bilərəm. Mən də digər fermer yoldaşlarım kimi bizim üçün ayrılmış bu yarmarkada təsərrüfatımda ailəmlə birgə yetişdirdiyim məhsulları alıcılara təklif edirəm. Biz də məmnunuq, alıcılar da.
Bu fikirləri Nizami rayonunda fəaliyyət göstərən Novruz yarmarkasında AZƏRTAC-a sabirabadlı fermer Canpolad Həsənov deyib.
Fermer yarmarkada yaradılan şəraitdən çox razı olduqlarını bildirib. O, ümumiyyətlə, dövlət tərəfindən fermerlərə hər zaman
qayğı göstərildiyini, güzəştli kredit və subsidiyalar verildiyini vurğulayıb.
C.Həsənov gələcəkdə də belə yarmarkalarda iştirak edəcəyini söyləyib.