Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

Bakı, 25 aprel, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, anadan olmasının 103-cü ildönümünü böyük hörmət və ehtiramla qeyd etdiyimiz Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər dəyərli elm xadimi, istərsə də vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmış, yüksək mənəvi keyfiyyətləri və humanizm prinsiplərinə əsaslanan səmərəli ictimai fəaliyyəti ilə parlaq nümunə yaratmışdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamında vurğulandığı kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Onun zəngin elmi irsi Azərbaycanın tibb elmi tarixində müstəsna yer tutur. Ölkəmizdə traxomanın xəstəlik kimi aradan qaldırılması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatların müəllifi olan Zərifə Əliyeva səmərəli pedaqoji fəaliyyəti ilə peşəkar mütəxəssislərin hazırlanmasına da mühüm töhfə vermişdir. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün də onun elmi irsini və qabaqcıl ideyalarını layiqincə yaşadaraq ölkəmizi beynəlxalq müstəvidə müvəffəqiyyətlə təmsil edirlər”.

Tahir Budaqov bildirib ki, Zərifə xanımın nəsillərə örnək həyat yolunun daha bir şərəfli səhifəsi milli mənəviyyatımıza xas ailə dəyərlərini layiqincə yaşatmasıdır: “Zərifə xanım Əliyeva Ümummilli Liderimiz Heydər Əliyev ilə ailə məsuliyyətini bölüşərək cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycanın dünəni, bu günü və gələcəyini müəyyən edən Heydər Əliyev yoluna sadiqlik nümayiş etdirərək Vətənə sədaqət andını əzm və ləyaqətlə yerinə yetirməklə xalqımıza misilsiz nailiyyətlər qazandırmış və şanlı Zəfərə imza atmışdır. Dövlət başçısının uzaqgörən siyasəti milli ləyaqətimizi özümüzə qaytarmaqla ölkəmizi dünyada söz və nüfuz sahibinə çevirmiş, Ulu Öndərimizin əminliklə söylədiyi “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini gerçəkləşdirmişdir. Bütün bunlar isə əminliklə söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın ruhu şaddır”.

YAP Sədrinin müavini vurğulayıb ki, bir çox mükafatlar və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva, hər şeydən öncə, xalqımızın, sadə insanların məhəbbətini qazanmışdır ki, bu da onun ən qiymətli mükafatıdır: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zərifə xanımı tanıyanlar, haqqında kitablardan, məqalələrdən oxuyanlar onun nurlu obrazını daim öz ürəyində saxlayırlar. Onun əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır”.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Zərifə Əliyeva yalnız bir alim, həkim və müəllim kimi yox, həm də ailəsi, çevrəsi və ölkəsi üçün dəyərli bir insan olaraq qəlblərdə əbədi iz buraxmışdır: “Onun həyat yolu, əslində, hər bir qadının, ananın və mütəxəssisin arzusunu gerçəkləşdirən bir nümunədir. Bir ana olaraq Zərifə xanımın verdiyi tərbiyə və həyat dərsləri çox dəyərli və əvəzsizdir. Onun övladlarına verdiyi əxlaqi dəyərlər, onları yalnız öz sahələrində müvəffəqiyyətli insanlar etməklə qalmamış, həm də vətənlərinə xidmət etməyə həvəsləndirmişdir. Zərifə xanımın bu tərbiyəsi nəticəsində Prezident İlham Əliyev kimi bir lider yetişmişdir. Bir alim olaraq isə Zərifə xanım oftalmologiya sahəsindəki misilsiz nailiyyətləri ilə yalnız Azərbaycanda deyil, dünyada da çox böyük hörmət qazanmışdır. Onun apardığı tədqiqatlar, yeni müalicə üsulları və əsərləri, bu sahəyə verdiyi töhfələr bu gün də öz əhəmiyyətini qorumaqda və gənc həkimlərə, alimlərə yol göstərməkdədir”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Zərifə xanımın ən böyük mükafatı yalnız öz sahəsindəki müvəffəqiyyətləri deyil, həm də insanlara göstərdiyi mərhəmət, empatiya və öyrətdiyi dəyərlərlə bağlıdır: “O, sadəcə bir həkim deyil, eyni zamanda, bir insan olaraq hər bir xəstənin sağlamlığını düşünən, ona sevgi və şəfqət göstərən, həkimlik peşəsinin ən yüksək etik dəyərlərini özündə cəmləşdirən bir şəxsiyyət idi. Zərifə xanımın bu dəyərləri, onun mübarizəsi və göstərdiyi nümunə gələcək nəsillər üçün böyük bir irs və dərsdir. Zərifə xanımın həyat yolunda yaratdığı bu ideal hər bir insanın həyatına ilham verməkdə, onlara doğru yol göstərməkdə davam edəcəkdir”.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Elmi-məlumat və təşkilati-metodik" bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva çıxışında bildirib ki, Zərifə xanım Əliyeva insanlara nur bəxş edən, xeyirxahlığı həyat amalına çevirən nadir şəxsiyyətlərdən idi: “Yüksək mənəviyyatı, zəngin daxili aləmi və insanlara olan sonsuz sevgisi onu yaddaşlarda əbədi yaşadan əsas keyfiyyətlərdir. Onun mənalı ömür yolu bu gün də gələcək nəsillərə işıq saçan örnəkdir”.

Yazgül Abdıyeva vurğulayıb ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair mühüm tədqiqatlar aparıb, xüsusilə Azərbaycanda geniş yayılmış traxomanın aradan qaldırılmasında böyük xidmətlər göstərib: “Eyni zamanda, kimya və elektron sənayesində çalışan insanlarda rast gəlinən peşəkar göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində dəyərli elmi nəticələr əldə edib. Akademik Zərifə Əliyeva bir çox monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi işin, 1 ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir. Onun əsərləri bu gün də aktuallığını qoruyur. Zərifə xanımın oftalmologiya elminin inkişafına verdiyi töhfələr danılmazdır”.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir: “Böyük və səmərəli elmi fəaliyyətinin nəticəsidir ki, Zərifə xanım keçmiş SSRİ məkanında oftalmologiya sahəsində ən nüfuzlu M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı akademikdir. Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi uğurla fəaliyyət göstərir və görkəmli alimin elmi irsi layiqincə davam etdirilir”.

Onun sözlərinə görə, Zərifə xanım Əliyeva yalnız alim kimi deyil, həm də ailəsinə bağlı, qayğıkeş bir ömür-gün yoldaşı, müqəddəs ana kimi tanınırdı: “Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən onu yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi xarakterizə edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayır ki, Zərifə Əliyeva öz həyatı ilə insanlara nümunə olub, elmə və xalqa sədaqətlə xidmət edib. Zərifə xanımın irsi bu gün də yaşayır və gələcək nəsillər üçün örnəkdir. Onun həyatı sadəcə bir alim ömrü deyil, həm də insanlara xidmətin, zəhmətin və yüksək mənəviyyatın təcəssümüdür”.

Tədbir çərçivəsində uzun illər partiya sıralarında səmərəli fəaliyyət göstərən və ölkənin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən Bilman Məhərrəm oğlu Vəliyev 75 illik yubileyi münasibətilə təbrik edilib və ona xatirə hədiyyəsi təqdim olunub.

Göstərilən diqqətə görə minnətdarlığını ifadə edən Bilman Vəliyev Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib