Nurlan İsmayılbəyli: 18 mindən artıq ibtidai sinif müəllimi sertifikatlaşdırmadan uğurla keçib
Bakı, 24 iyun, AZƏRTAC
İbtidai sinif üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, dörd gün ərzində 97,8 faiz davamiyyət qeydə alınıb. 18 mindən artıq ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesindən uğurla keçib.
Qeyd edək ki, iyunun 20-dən təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsinə başlanılıb. İmtahanlar bu gün yekunlaşır. Müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]