Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib
Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilib.