Ödəniş xidmətləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir
Bakı, 13 oktyabr, AZƏRTAC
Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılmış “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:
Ödəniş təşkilatı fəaliyyəti - 2000 manat;
Elektron pul təşkilatı fəaliyyəti - 3000 manat;
Ödəniş sistemi operatoru fəaliyyəti - 2500 manat.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:34]
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib
- 12.06.2026 [12:29]