REGİONLAR
Oğuz şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri yekunlaşır
![](/files/galleryphoto/2023/2/1200x630/1693382456270198837_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16933824562989620462_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16933824563808532302_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16933824564157662559_1200x630.jpg)
Oğuz, 30 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Elm və Təhsil Nazirliyi tərəfindən Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəbin bazasında yaradılmış internat tipli texniki və təbiət fənləri təmayüllü liseydə yeni dərs ilinə hazırlıq işləri sürətlə davam etdirilir. Məktəbdə aparılan əsaslı təmir işləri artıq başa çatmaq üzrədir.
Oğuz rayonu üzrə Təhsil Sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təmir işləri zamanı məktəbin sinif otaqlarında və dəhlizlərdə döşəmələr, qapı və pəncərələr, su xətləri və kanalizasiya sistemi yenilənib, binanın fasad hissəsi əsaslı şəkildə yenidən qurulub. Binada kamera və mühafizə sistemi quraşdırılıb. Ətraf kəndlərdən gələn şagirdlər üçün 100 yerlik yataq, həmçinin istirahət və əlavə məşğələ otaqları, müasir tələblərə cavab verən 200 yerlik yeməkxana zalı yaradılıb. Məktəbin həyətində yeni idman meydançası salınıb, abadlıq işləri aparılıb. Məktəb yeni, müasir avadanlıqla təmin olunub.
Yeni dərs ilində 450 nəfərə yaxın şagirdin təhsil alacağı məktəb-liseydə STEAM mərkəzinin təşkili də gözlənilir.