Oktyabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
oktyabrın 23-dən 24-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 14-17°, gündüz 19-24° isti, Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 16-21° isti, dağlarda 3-7°, gündüz 10-15° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 14-16°, gündüz 20-24° isti, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.