Oktyabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-16°, gündüz 18-22° isti olacaqdır.
Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 90-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11°, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən,Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 13-18° isti, dağlarda 2-6°, gündüz 7-11° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-16°, gündüz 18-23°, dağlarda gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.