Olimpiadanın final turuna 218 şagird vəsiqə qazanıb
Naxçıvan, 19 fevral, AZƏRTAC
Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında filosof-alim Nəsirəddin Tusinin doğum günündə keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turunun nəticələri elan olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, olimpiadada iştirak edən 957 şagirddən 218-i final turuna vəsiqə qazanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan olimpiadanın final turu martın 16-da keçiriləcək və qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.
Şagirdlər olimpiadanın rayon mərhələsinin nəticələri ilə https://bitly.ws/3dxJZ linki vasitəsilə tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
Ucarda narkotik vasitələrdən istifadənin yaratdığı fəsadlardan danışılıb
- 13.10.2026 [16:21]
“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub
- 13.10.2026 [15:53]
Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib
- 13.10.2026 [15:37]
Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb
- 13.10.2026 [15:26]
Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb
- 13.10.2026 [15:18]
Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib
- 13.10.2026 [15:10]
Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib
- 13.10.2026 [14:33]
Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb
- 13.10.2026 [14:24]