Ölkə ərazisində 93 mindən çox yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkə ərazisində 93 min 230 ədəd yeni nəsil NKA quraşdırılıb. Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]