ÖLKƏ FUTBOL ÇEMPİONATININ VII TURUNASTART VERİLMİŞDİR
Turun mərkəzi görüşü Tovuzda yerli “Turan” və “Neftçi” komandaları arasında olmuşdur. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində qapılara qol vurulmamışdır. İkinci hissədə üstünlüyü ələ keçirən bakılılar 73-cü dəqiqədə künc zərbəsindən sonra hesabı açmışlar. 83-cü dəqiqədə isə Tomislav Mişura hesabı 2:0-a çatdıraraq, komandasının qələbəsini təmin etmişdir.
Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınmışdır: MOİK–“Xəzər–Lənkəran” - 0:0, “Gənclərbirliyi” (Sumqayıt)–“Olimpik” (Bakı) - 1:3.
Oktyabrın 30-da keçiriləcək “Gəncə”–Karvan” (Yevlax), “Göyəzən” (Qazax)-“Şahdağ” (Qusar), “MKT-Araz” (İmişli)–“Bakı” və “İnter” (Bakı)–“Qarabağ” (Ağdam) oyunları ilə VII tura yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]