Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkə üzrə pedaqoji kadr hazırlığının 34 faizi ADPU-nun payına düşür – Elmi şura

Bakı,12 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının 2024/2025-ci tədris ili üçün ilk iclası keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, iclasda rektor Cəfər Cəfərov yeni tədris ili ərəfəsində qarşıda duran vəzifələr və perspektivlər haqqında danışıb. Diqqətə çatdırıb ki, qarşıdan gələn tədris ilində Pedaqoji Universitetdə bir sıra yeni istiqamətlər üzrə intensiv işlər aparılacaq: “Bunlara misal olaraq, tələbələrlə müntəzəm sorğuların davam etdirilməsi, xarici universitetlərlə yeni ikili diplom proqramları üzrə müqavilələrin imzalanması, beynəlxalq reytinqlərdə təmsil olunmaq üçün işin gücləndirilməsi, e-universitet sisteminin tətbiqinin genişləndirilməsi, ixtisaslar üzrə proqram akkreditasiyası, eləcə də “ADPU 2030” Strateji İnkişaf Planının qəbul olunmasını qeyd edə bilərik”.

Tədris işləri üzrə prorektor Eldar Aslanov “ADPU-nun 2024/2025-ci tədris ilinə hazırlığının vəziyyəti barədə” geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasından sonra 54 fənn üzrə təşkil olunan yay semеstrində ümumilikdə 295 nəfər (keçən il 158 nəfər) tələbə iştirak edib. 2024-cü ildə Pedaqoji Universitetdən məzun olan 2317 bakalavrdan 812-si Azərbaycanda magistraturaya qəbul olunub, 71 nəfəri isə təkrar bakalavr, magistratura və doktorantura səviyyələri üzrə xaricdə təhsilə müraciət ediblər (ümumilikdə məzunların 38 faizi). Xaricdə təhsilə müraciət edən məzunlar əsasən Türkiyə, ABŞ, Kanada və müxtəlif Avropa ölkələrində təhsillərini davam etdirəcəklər. Hərbi xidmətə gedən 237 nəfər istisna olmaqla əmək bazarına çıxan məzunlardan 612 nəfəri MİQ imtahanlarında iştirak edərək uğur qazanıb, 142 nəfəri dövlət orqan və müəssisələrində, 308 nəfəri özəl təhsil müəssisə və şirkətlərində, 211 nəfəri isə qeyri-təhsil özəl sektor müəssisələrində əmək fəaliyyətinə başlayıb. Beləliklə, ötən tədris ilinin məzunlarının ilkin məlumatlara görə 1273 nəfərinin məşğulluğu təmin olunub.

Məruzədə 2024/2025-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri ilə bağlı qeyd olunub ki, qəbul planı bakalavriat səviyyəsi üzrə 99, magistratura səviyyəsi üzrə isə 100 faiz təşkil edib.

Vurğulanıb ki, cari ildə pedaqoji ixtisaslarda ölkə üzrə ümumi plan yerləri 595 nəfər azalsa da, ADPU üzrə plan yerlərinin sayı 85 nəfər artırılıb. Ümumilikdə ölkə üzrə pedaqoji ixtisasların plan yerlərinin 34 faizi ADPU-nun (filiallarla birlikdə) payına düşür. Bu il Pedaqoji Universitetə qəbul olunanların 80 faizi (2121 nəfər) 300-dən, 48 faizi isə (1252 nəfər) 400-dən, 12 faizi isə (314 nəfər) 500-dən yüksək bal toplayanlardır. Həmçinin qəbul olunanlar arasında 8 nəfəri 600 baldan yüksək nəticə göstərib, 6 nəfəri isə beynəlxalq idman uğurlarına görə müsabiqədənkənar qaydada ADPU-ya qəbul olunub. ADPU-ya qəbul olunan tələbələrin 1551 nəfəri (59,06 %) dövlət sifarişi əsasında qəbul olunub, ödənişli əsaslarla qəbul olunanlardansa 166 nəfəri (6,3 %) isə təhsil haqqına güzəşt hüququndan istifadə ediblər. Beləliklə, ümumilikdə Pedaqoji Universitetə cari ildə qəbul olunan tələbələrin 65,4 faizi dövlət hesabına təhsil alacaq. Ödənişli təhsil alacaq tələbələrdən 134 nəfəri (12,5 %) təhsil tələbə kreditinə müraciət edib.

Məruzədə, həmçinin qeyd olunub ki, 2024/2025-ci tədris ilində ADPU-da təhsil almaq üçün 42 nəfər əcnəbi vətəndaş müraciət edib və hazırda sənəd qəbulu davam edir.

Rektorun müşaviri Ümid Mehdiyev ADPU-nun 2024/2025-ci tədris ili üçün strukturunun və ştat vahidlərinin təsdiq edilməsi barədə məruzə edib. Məruzədə yeni tədris ilində Pedaqoji Universitetdə inzibati idarəetmə sahəsində səmərəliliyi artırmaq, insan resursları və sənəd dövriyyəsinin idarə olunmasında daha çevik yanaşmaları tətbiq etmək məqsədilə həyata keçirilən struktur islahatları haqqında məlumat verilib. Eləcə də universitetdə informatika müəllimliyi ixtisasının tələbələri üçün “Lütfi Zadə adına təqaüd”ün təsis olunması haqqında məsələ müzakirəyə çıxarılıb. Qeyd edək ki, bununla da ADPU-dakı adlı təqaüdlərin sayı 14-ə çatacaq.

Tədris departamentinin direktoru Sənan Əliyev 2024/2025-ci tədris ili üçün proqnozlaşdırılmış dərs yükü və ADPU-nun Akademik Təqviminin, 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüd alan namizədlərin siyahısının və “ADPU-da tələbələrin kurs işləri (layihələri) haqqında Qaydalar”ın təsdiq olunması haqqında təqdimat edib.

Elmi katib Nərminə Abdullayeva professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” adlı kitabının nəşrinə icazə verilməsi barədə arayış verib.

Yekunda müzakirə olunan məsələlər haqqında Şura tərəfindən müsbət qərarlar qəbul olunub. Həmçinin “ADPU 2030 Strateji İnkişaf Planı” layihəsinin ictimai müzakirəyə çıxarılması barədə qərar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər