ÖLKƏMİZDƏ 1221 BƏLƏDİYYƏ HƏMKARLAR TƏŞKİLATI FƏALİYYƏT GÖSTƏRİR
Komitənin sədri Mehdi Səlimzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, ötən altı ay ərzində ittifaqın 893 bələdiyyədə həmkarlar təşkilatları yaradılmışdır. Ümumilikdə 10 min 923 üzvü olan 1221 bələdiyyə həmkarlar təşkilatı fəaliyyət göstərir.
O bildirmişdir ki, yanvar-iyun ayları ərzində komitənin büdcəsinə 38 milyon 600 min manat məbləğində üzvlük haqqı daxil olmuşdur. İyunda daxil olan üzvlük haqlarının məbləği yanvar ayındakı göstəriciyə nisbətən 4 dəfə artmışdır.
İttifaqın üzvlərinin istirahətinin təşkili ilə əlaqədar müəyyən işlər görülmüş, onlara dəyəri qismən ödənilməklə 35 müalicə- sanatoriya yollayışı verilmişdir.
Onlarla həmkarlar təşkilatları arasında bağlanan kollektiv müqavilələr bmlmdiyyə üzvlərinin əmək və sosial hüquqlarının qorunmasında mühüm rol oynayır. Bu günə kimi ittifaqın həmkarlar təşkilatları ilə yerli özünüidarə orqanları arasında 634 belə müqavilə bağlanmışdır.
Kecən dövr ərzində komitənin mətbu orqanı olan “Bələdiyyə həyatı” qəzeti işıq üzü görmuşdür. Qəzet bələiyyələrin fəaliyyətini işıqlandırmaqla yanaşı, onların maarifləndirilməsi işində də müstəsna rol oynayır.