Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdə aparılan uğurlu sosial islahatlar əhalinin rifah halını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb

Bakı, 7 mart, AZƏRTAC 

Geridə qoyduğumuz il ölkəmizdə dərin sosial islahatlarla yadda qalıb. Ötən il təqdim edilən iki sosial paket nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250, minimum pensiya isə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. Dövlət sektorunda işləyənlərin əməkhaqları 50 faizədək, məcburi köçkünlərin müavinətləri 50 faiz, o cümlədən tələbələrin təqaüdləri artırılıb, 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfər, illik maliyyə yükü 3 milyard manatdan çox olub. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB-də 1-ci yeri tutur.

Bu il minimum əməkhaqqının 20 faiz artımla 300 manata, minimum pensiyanın isə 20 faiz artımla 240 manata çatdırılması nəzərdə tutulur.

Şəhid ailələri və müharibə əlillərinə hər zaman qayğı göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ötən il nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil və fərdi ev verilib. 2018-ci ildə verilən mənzillərin sayı isə 626-ya bərabər olub. Ümumilikdə, nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib. 2020-ci ildə isə həmin kateqoriyadan olan vətəndaşlara 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

2019-cu ildə nazirlik tərəfindən müharibə əlillərinə 600 avtomobil təqdim edilib ki, bu da nəzərdə tutulduğundan 3,2 dəfə çox olub. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilib. İndiyədək verilən avtomobillərin sayı 6750-ə çatıb. Bu il isə 400 avtomobilin verilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti təzahürü şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə, yəni 11 min manat ilə təminatıdır.

Şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi 98 faizə çatıb. Bununla yanaşı, şəhid ailələri və müharibə əlillərinin uşaqlarına aylıq müavinət ödənilir. Həmin uşaqların dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsili ödənişli olduqda, dövlət hesabına ödənilir.

Əlilliyi olan şəxslərin reabilitasiyası da diqqət mərkəzində saxlanılır

Dövlət başçısının tapşırıqları əsasında ötən dövrdə bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılmaqla, bərpa müəssisələri şəbəkəsi genişləndirilib.

Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Beləliklə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var. Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işləri aparılır. Prezidentin göstərişi ilə son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb.

2019-cu ildə Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Gəncə şəhərində ildə 900 nəfərədək şəxs üçün 60 peşə üzrə peşə kursu təşkil etməyə imkan verən Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Yaxın aylarda onlardan bir hissəsi istifadəyə veriləcək. Qobustan Sosial Adaptasiya Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək. Dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinə başlanılıb. 2020-ci ildə ayrı-ayrı bölgələrdə Uşaq Bərpa Mərkəzlərinin tikintisinə başlanması da nəzərdə tutulub. Bu il, ümumilikdə, 10 sosial xidmət və reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılıb.

Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2019-cu il 2 dekabr tarixli Sərəncamı bu mənada mühüm önəm kəsb edir. Sərəncamla bir sıra sosial təyinatlı obyektlərin, o cümlədən reabilitasiya müəssisələrinin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı işlərinin daha da genişlənməsinə şərait yaradır. Sərəncamla bu məqsəd üçün 20 milyon 19 min 100 manat ayrılıb.

Özünüməşğulluq proqramının əhatə dairəsi daha da genişləndiriləcək

Özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayı 10 min 352 nəfərə bərabər olub. Onlardan böyük əksəriyyəti təlimlərdə iştirak edib və biznes-planlarını müdafiə edərək aktivlərlə təmin olunub. Özünüməşğulluq proqramında həssas əhali qruplarına üstünlük verilir. 2019-cu ildə də proqrama cəlb olunanlardan 2373 nəfəri əlilliyi olan şəxslər, 1860 nəfəri məcburi köçkünlər, 479 nəfəri ünvanlı sosial yardım alanlar, 257 nəfəri şəhid ailəsi üzvləri, 134 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir.

Ötən il Məşğulluq Mərkəzləri tərəfindən ictimai işlər də daxil olmaqla 103 min nəfər işlə təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən bu il işlə təmin olunanların sayının 30 faiz artırılmaqla 130 minə, peşə hazırlığına cəlb olunanların sayının 40 faizdən çox artırmaqla 5 minə çatdırılması planlaşdırılıb.

Həmçinin 2020-ci ildə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Bu sahədə Dünya Bankı ilə də əməkdaşlıq həyata keçiriləcək. Ümumilikdə, bu il ən azı 11 min ailə özünüməşğulluq proqramına qoşulacaq.

Bununla bərabər, ödənişli ictimai işlərlə təminat proqramı da genişlənəcək. 64 min nəfərin də ödənişli ictimai işlərə cəlb edilməsi təmin olunacaq.

Builki hədəf nazirliyin məşğulluq orqanları tərəfindən 200 mindən çox şəxsin məşğulluğuna dəstək göstərməkdir.

Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayı 5 dəfəyə yaxın artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 488,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 291,6 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib.

Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir. Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, dəfn xərci üçün də birdəfəlik müavinət ödənilir.

Azərbaycan Respublikasının Milli qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər və onlara, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər, müharibə veteranları, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.

Ötən il yeni təqaüd növləri də təsis edilib. Belə ki, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib. Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.

Bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayının 5 dəfəyə yaxın artmasına səbəb olub.

Keçən il ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70 faizə qədər artırılıb, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər olub. 2020-ci ildə də həmin proqram genişləndiriləcək və bunun üzərində işlər mütəmadi olaraq davam edəcək.

“Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddinin 160 manata çatdırılması ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verib.

Əmək pensiyaları indeksləşdirilib

Prezident İlham Əliyevin 2020-ci il fevralın 6-da imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncama əsasən, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb. Həmin artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunub.

Ümumilikdə isə son 16 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 11, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb.

Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılıb, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Aparılan siyasət, atılan addımlar bütün sosial problemlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına ümid verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO