Ölkəmizdə keçiriləcək yarış və turnirlərə təyinat alacaq voleybol hakimlərinin toplantısı keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasında (AVF) 2021-2022-ci illərdə ölkəmizdə keçiriləcək yarış və turnirlərə təyinat alacaq hakimlərin toplantısı keçirilib.
AZƏRTAC AVF-yə istinadla xəbər verir ki, toplantıda federasiyanın ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev, beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev ilk olaraq iştirakçıları salamlayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.
Beynəlxalq dərəcəli hakimlərimiz toplantı iştirakçılarına yeni qaydalar haqqında məlumat verib və iclasda iştirak edən hakimləri maraqlandıran sualları cavablandırıblar.
Toplantıda 25-ə yaxın hakim iştirak edib.
Xatırladaq ki, AVF hər il hakimlərin bilik və bacarıqlarının artırması üçün seminarlar təşkil edir. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]