Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkənin ən böyük çəltikçilik rayonu olan Ağdaşda məhsul yığımına başlanılıb

Fermerlər 6 min ton düyü istehsal edəcəklərinə əmindir

Ağdaş, 6 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaşın kəndli fermerləri sentyabrın 4-də çəltik biçininə başlayıblar.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışov AZƏRTAC-a bildirib ki, hazırda ölkəmizin 11 rayonunda, o cümlədən Ağdaşda çəltik yetişdirilir. Ağdaş ölkənin ən böyük çəltikçilik rayonu hesab edilir. Belə ki, respublikada əkilən çəltik sahələrinin yarısı Ağdaşın payına düşür və bu rayon demək olar ki, çəltikçilik üzrə ixtisaslaşıb. Hazırda digər rayonlarda çəltiyin yetişmə dövrü olduğu halda Ağdaşda artıq məhsul yığımına başlanılıb. Kəndlilərin sahələrə lazımi aqrotexniki qulluq göstərməsi nəticəsində bol məhsul əldə edilib. Rayonda biçin prosesinə 20 ədəd kombayn və bir o qədər yük avtomobili cəlb olunub. Məhsulun vaxtında və itkisiz toplanılması üçün bütün qüvvələr səfərbər edilib.

Elsevər Baxışov qeyd edib ki, cari ildə Ağdaş rayonunun 59 yaşayış məntəqəsində 360 fermer və torpaq mülkiyyətçisi tərəfindən 2454 hektar sahədə çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə, ötən illə müqayisədə 2 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Yerlərdə aparılan monitorinqlər onu deməyə əsas verir ki, bu il hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner olacaq və təqribən 8 min tona yaxın çəltik, yəni 6 min tonadək təmiz düyü istehsal ediləcək. Bu da təxminən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir. Rayonun Orta Ləki kənd sakini Ramiz Abdullayev, Qaradağlı kənd sakini Əli Musayev, Qəribli kənd sakini Nicat İsmayılov, Yenicə kənd sakini Zəhmət Məmmədov, Gürcuva kənd sakini Məhəmməd Şirinzadə rayonun ən böyük çəltik istehsalçılarıdır.

Bu il Ağdaş rayonunda çəltik əkini, becərilməsi və biçini ilə əlaqədar 2200 nəfər mövsümi işlə təmin olunub. Ağdaşlı fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən daha keyfiyyətlidir. Təsadüfi deyildir ki, yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə tanınır və bir kiloqramı 1.5-2 manata müştərilərə satılır.

Rayonda çəltikçiliyin inkişaf dinamikasına nəzər salan idarə rəisi Elsevər Baxışov ötən il Ağdaşın 35 kəndində 175 fermer tərəfindən ümumilikdə 1311 hektar sahədə çəltik yetişdirildiyini və 2386 ton məhsul toplanıldığını söyləyib. Ötən il məhsuldarlıq hər hektarda 18.2 sentner olub. Bu il isə ötən ildəkindən iki dəfə çox, yəni 2454 hektar sahədə çəltik əkini aparılıb və 8 min ton məhsul tədarükü, 6 min tondan artıq təmiz düyü məhsulunun əldə edilməsi gözlənilir.

İdarə rəisinin sözlərinə görə biçilən çəltik rayonda mövcud olan 7 dəyirmanda emal olunaraq keyfiyyətli düyü əldə edilir. Ağdaşda çəltik yetişdirmək kəndlilərin dolanışıq şəraitinə müsbət təsir edir. Ona görə də rayonda bu məhsulun istehsalına maraq ildən-ilə artır. Çəltik sahələrinin ötən illə müqayisədə bu il iki dəfə genişləndirilməsi buna əyani sübutdur. Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan “Ağdaş düyüsü”nü satmaqda heç bir problemlə qarşılaşmırlar. “Ağdaş düyüsü” hələ bazara çıxarılmamış, elə dəyirmandaca müştərilərə satılır.

Elsevər Baxışovun sözlərinə görə Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsinin başqa bir səmərəli faydası da var. Belə ki, daim su içində yetişən çəltiyin əkilib-becərildiyi torpaqlarda şoranlaşmanın qarşısı alınır. Hər il aprel-may aylarında çəltik toxumunun səpini aparılır və sonra sahələrə su buraxılır. Üç aydan çox suyun içində qalan çəltik tam yetişdikdən sonra sahələrə su verilişi dayandırılır və sentyabrda torpaq quruduqdan sonra biçinə başlanılır. Şoran torpağa əkilən çəltik daim suyun içində olduğu üçün həmin ərazidəki yeraltı qrunt suları torpağın üzərinə çıxmır və tədricən şoran torpaqlar yuyulur. Çəltik şoran torpaqları saflaşdırdıqdan sonra onun yerində taxıl və tərəvəz əkini də aparmaq mümkün olur. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən ildə 90 manat məbləğində subsidiya alırlar. Düyü istehsal etməklə maddi gəlirlərini artıran fermerlər ildən-ilə çəltikçiliyi inkişaf etdirirlər. Gələn il rayonda 3 min hektardan çox sahədə çəltik əkilməsi, eləcə də çəltik emalı müəssisəsinin, məhsul qəbulu məntəqəsinin, anbarların və çəltik qurutma meydançalarının inşası nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib