OMBUDSMAN APARATINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Roman Huna bu layihənin ölkəmizdəki penitensiar sistemdə köklü dəyişikliklər aparılmasına, müvafiq qanunvericiliyin, məhkumların reabilitasiya prosesinin təkmilləşdirilməsinə, cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəldiyini diqqətə çatdırmış, Azərbaycan Ombudsman təsisatının layihədə iştirakının vacibliyini qeyd etmişdir.
Elmira Süleymanova, təsisatın fəaliyyəti, özünün və çevik araşdırma qrupu üzvlərinin müvəqqəti saxlama təcridxanalarına baxışlar keçirməsi, şikayətlərə dərhal cavab verilməsi, hər bir siqnal üzrə araşdırmalar aparılması barədə qonağa ətraflı məlumat vermişdir.
Ombudsman ölkəmizin penitensiar sistemində islahatların aparıldığını, saxlanma şəraitinin təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırıldığını qeyd etmiş, Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilməsini diqqətə çatdırmış, penitensiar və polis sistemlərinin əməkdaşları, habelə məhkumlar üçün hüquqi maarifləndirmə üzrə birgə məşğələ-seminarların keçirilməsini təklif etmişdir.