Ombudsmanın Gəncə Regional Mərkəzində 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur
Bakı, 15 yanvar (AZƏRTAC). Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayon 1 saylı orta məktəbində “20 Yanvar qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmişdir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən mərkəzin rəhbəri Səbuhi Abbasov tarixə 20 Yanvar faciəsi kimi daxil olmuş bu hadisənin mahiyyətindən danışmışdır. Bildirilmişdir ki, XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın, əslində insanlığa qarşı həyata keçirilmiş müdhiş cinayətdir.
Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet dövləti rəhbərlərinin göstərişi ilə tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir sıra bölgələrinə yeridilmişdir. Tanklar və digər döyüş maşınları dinc əhaliyə xüsusi qəddarlıqla divan tutmuş, qarşılarına çıxan hər şeyi məhv etmişdir.
Keçmiş SSRİ-nin güc strukturlarının birgə həyata keçirdikləri hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar paytaxtda mülki şəxsləri amansızcasına öldürmüş, böyük dağıntılar törətmişdir.
Rayon icra hakimiyyəti nümayəndələrinin, təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın istiqlaliyyəti yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]