CƏMİYYƏT
On bir ayda qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin dəyəri 269,2 milyon manat olub
![](/files/galleryphoto/2023/3/1200x630/17025411061169042381_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17025411061312320419_1200x630.png)
Bakı, 14 dekabr, AZƏRTAC
Сari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122 kiloqram 290,98 qram olan 944.559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü ilin yanvar-noyabr aylarının yekununa dair hesabatında yer alıb.
Hesabat dövründə qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kq 031,413 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 269 milyon 290 min AZN kimi qiymətləndirilir.