Onlayn blits turnirdə Azərbaycanı 3 şahmatçı təmsil edəcək
Bakı, 10 aprel, AZƏRTAC
Ötən həftə Fransada “C'Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə baş tutan onlayn blits turnir böyük marağa səbəb olub.
AZƏRTAC xəbər verir ki, karantin günlərində vaxtlarını evdə keçirən şahmatçıların onlayn yarışlara böyük maraq göstərdiklərini nəzərə alan təşkilatçılar bu həftə də belə bir turnir təşkil etmək qərarına gəliblər. Turnir aprelin 11-də start götürəcək.
Yarışda ölkəmizi qrossmeysterlərimiz Rauf Məmmədov, Qədir Hüseynov və Namiq Quliyev təmsil edəcəklər.
Qeyd edək ki, turnirin mükafat fondu 1200 avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]