OPEC ölkələri neft hasilatının sutkada 1,5 milyon barrel azaldılmasına razılıq veriblər
Bakı, 5 mart, AZƏRTAC
Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 178-ci iclasında kartelə üzv ölkələr neft hasilatının gündəlik 1,5 milyon barrel azaldılmasına razılıq veriblər.
AZƏRTAC xəbər verir ki, OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirak etdiyi iclasda koronavirusun neft bazarına təsirləri qiymətləndirilib və hasilat məhdudiyyətlərinin ikinci rübü əhatə etməsi qərarlaşdırılıb.
Qeyd edək ki, kartelin bu qərarı martın 6-da OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) nazirlərinin 8-ci görüşündə də müzakirə olunacaq və “OPEC+” üzrə istehsal məhdudiyyətləri dəqiqləşdiriləcək.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB
- 24.08.2026 [23:30]