Ordubad rayonunda keçirilən ağacəkmə aksiyasında 1,3 hektar ərazidə 470 ağac əkilib
Ordubad, 24 mart, AZƏRTAC
Muxtar respublikanın digər rayonlarında olduğu kimi Ordubad rayonunda da meyvəçiliyin inkişafı və yaşıllaşdırma məqsədilə müxtəlif meyvə tingləri əkilir, yeni bağlar salınır, mövcud bağlar isə genişləndirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu işlərin davamı olaraq Ordubad rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Rayon idarə və təşkilat kollektivləri ilə yanaşı ictimaiyyət nümayəndələri də aksiyada fəal iştirak ediblər.
Aksiyada 1,3 hektar ərazidə 470 ağac əkilib. Bunlardan 400-ü ərik, 70-i isə badam ağacı olub. Ümumilikdə, ağacəkmələrdə 500 nəfər iştirak edib. Aksiya zamanı rayonun kəndlərində də təmizlik və abadlıq işləri aparılıb.