Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb
Bakı, 25 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Lerikdə 9, Altıağacda 5, Quba, Xaltan, Astara, Ağdərədə (Ordubad) 4, Ordubadda 3, Qusar, Qrız, Xaçmazda 2, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1, Maştağada 4, Bakı və Binədə 3, Sumqayıt və Zabratda 1 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Ağdərədə 30, Altıağac, Lerikdə 17, Xaltan və Qrızda 10, Xınalıqda 9, Qubada 7, Sarıbaşda (Qax) 6, Qusarda 4, Şahbuzda 2, Nabran, Yardımlı və Ordubadda 1 santimetr olub.
Havanın minimal temperaturu Bakıda 0°-yə yaxın, dağlıq rayonlarda 7-12°, yüksək dağlıq rayonlarda 16-19° şaxta olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]