Ordubadda ahıllar tibbi müayinədən keçirilib
Ordubad, 2 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasının 12 nəfərdən ibarət həkim briqadası tərəfindən Ordubad rayonunun Yuxarı və Aşağı Əylis, Ağrı, Vənənd kəndlərində müayinələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tibbi aksiyada müxtəlif ixtisas həkimləri iştirak ediblər.
Xəstəxanaya gələ bilməyən 16 tənha ahıla evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib.
Ahıllar başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq ediblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək.