Oriol İlla: Mənzil hüququnun təmin edilməsi istiqamətində qlobal metropoliten gündəliyini dəstəkləyirik
Bakı, 22 may, AZƏRTAC
WUF13-ün məqsədi mənzil hüququ ilə bağlı BMT qətnaməsinin qəbul edilməsinə nail olmaqdır. İlk növbədə qeyd etməliyəm ki, bu hüququn təmin olunması üçün böyük şəhər (metropoliten) miqyasının nəzərə alınması mütləqdir. Çünki böyük şəhər müstəvisi bir reallıqdır və şəhərlərin funksionallığı məhz bu prinsiplə tənzimlənir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "XXI əsrdə azadlıq üçün Mənzil ərazi Paktı, Metropolitenlərin mənzil hüququ ilə bağlı BMT Qətnaməsinə doğru" adlı sessiya zamanı Barselona Metropoliteninin beynəlxalq və metropoliten rəqəmsal sahəsi üzrə direktoru Oriol İlla səsləndirib.
O, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına istinad edərək diqqətə çatdırıb ki, dünyadakı iri şəhər ərazilərinin yalnız 18 faizi müvafiq idarəetmə formasına, yaxud əhaliyə ictimai xidmətlərin göstərilməsini nizamlayacaq hər hansı mexanizmə malikdir. Bu baxımdan, mənzil təminatı mütləq şəkildə böyük şəhər miqyası nəzərə alınmaqla planlaşdırılmalıdır. Məhz bu səbəbdən mənzil hüququnun təmin edilməsi istiqamətində qlobal metropoliten gündəliyini dəstəkləyirik.
Fotoqraf Nicat Əlili
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [12:50]
İnes Sançes de Madariya: Sülh qadın hərəkatının əsas dayaqlarından biridir
- 22.05.2026 [12:46]
Media nümayəndələri WUF13-də VİDEO
- 22.05.2026 [12:45]
WUF Akademiyası: Yekun və perspektivlər - bağlanış mərasimi
- 22.05.2026 [12:42]