EBRD rəsmisi: Mənzil və şəhər inkişafında inklüziv maliyyə və ekosistemin gücləndirilməsi vacibdir
Bakı, 22 may, AZƏRTAC
Mənzil və əlçatan yaşayış məsələlərində mürəkkəb maliyyə alətləri və müxtəlif sosial qrupların prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Gender və İqtisadi İnklüzivlik üzrə baş mütəxəssisi (Principal) Pawel Krasny Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas məqsəd daha səmərəli nəticələr əldə etməkdir və bunun üçün bütün tərəflərin ortaq maraqlar ətrafında birləşməsi vacibdir.
“Layihələrin hazırlanması və ekosistem müzakirələri bir-biri ilə əlaqəlidir və bu sahədə müzakirələrin düzgün idarə olunması və ekosistemin gücləndirilməsi miqyaslı nəticələr üçün əsas şərtdir”,- deyə o bildirib.