Li Syanin: Ağıllı bina texnologiyaları gələcəyin şəhərlərini formalaşdıracaq
Bakı, 22 may, AZƏRTAC
Ağıllı bina inqilabı binaları passiv fiziki məkanlardan öyrənə bilən və davamlı şəkildə özünü optimallaşdıran sistemlərə çevirməyi hədəfləyir. Bu yanaşma süni intellekt dəstəkli layihələndirmə və generativ dizayn imkanlarını, eləcə də ağıllı tikinti proseslərini və insan-maşın əməkdaşlığına əsaslanan məkan təcrübələrini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Tonci Universitetinin vitse-prezidenti Li Syanin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” adlı tədbirdə səsləndirib.
O bildirib ki, inklüziv və qeyri-formal mənzil texnologiyalarının əsasını sosial qayğı, əlçatanlıq və münasib qiymət prinsipləri təşkil edir. Onun sözlərinə görə, layihələndirmənin əsasını iştirakçılıq, çeviklik, sürətli tətbiq və funksionallıq təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [12:50]
İnes Sançes de Madariya: Sülh qadın hərəkatının əsas dayaqlarından biridir
- 22.05.2026 [12:46]
Media nümayəndələri WUF13-də VİDEO
- 22.05.2026 [12:45]
WUF Akademiyası: Yekun və perspektivlər - bağlanış mərasimi
- 22.05.2026 [12:42]