Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz
Bakı, 22 may, AZƏRTAC
Şəhər planlaşdırılmasında mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı nəzərdən keçirilə bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikri Kolumbiyanın Boqota şəhərinin planlaşdırma üzrə sabiq katibi Maria Mercedes Jaramillo Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada səsləndirib.
O bildirib ki, müxtəlif sosial və iqtisadi şəraitə uyğun fərqli mənzil modelləri nəzərə alınmalıdır.
Maria Mercedes Jaramillo qeyd edib ki, Boqotada genderyönümlü siyasətlər çərçivəsində xüsusi qayğı mərkəzləri yaradılıb. Böyük şəhərlərin planlaşdırılması zamanı isə müxtəlif qrupların maraqlarını balanslaşdırmaq hökumətlər üçün əsas çağırışlardan biridir.
Müxbir - Aytən Abbaslı