Sancevani Dilhanti Sinqh: İnteqrasiyalı siyasət dayanıqlı urbanizasiya üçün zəruridir
Bakı, 22 may, AZƏRTAC
BMT ESCATO-nun iqtisadi məsələlər üzrə əməkdaşı Sancevani Dilhanti Sinqh WUF13 çərçivəsində keçirilən “Kiçik şəhərlərin transformasiyası və dayanıqlı inkişafında kənd və şəhər əraziləri arasında əlaqələr” panel iclasındakı çıxışında əsas diqqəti şəhər və kənd ərazilərinin inkişafına inteqrasiyalı yanaşmanın zəruriliyinə yönəldib.
AZƏRTAC-ın xəbər verir ki, Sinqh nəqliyyat, iqtisadi və sosial siyasətlərin əlaqələndirilməsi olmadan davamlı inkişafın mümkünsüzlüyünü vurğulayıb.
O, kiçik şəhərlərin, həmçinin miqrasiya axınlarının tənzimlənməsi və meqapolislərə düşən yükün azaldılması üçün mühüm vasitəyə çevrilə biləcəyini qeyd edib. Sancevani Dilhanti Sinqh diqqətə çatdırıb ki, aralıq şəhər mərkəzlərinə investisiyalar regional iqtisadiyyatları inkişaf etdirə və əsas xidmətlərə çıxışı genişləndirə bilər.
BMT proqramının iqtisadi məsələlər üzrə məsul şəxsi, həmçinin ölkələri kənd-şəhər əlaqələrini və davamlı artımı gücləndirmək üçün məkan planlaşdırma mexanizmlərindən daha fəal istifadə etməyə çağırıb.
Müxbir - Vüqar Seyidov