BMT-nin rəsmisi: Afrikada sürətli urbanizasiya məhsuldar iş yerlərinin yaranması ilə nəticələnmir
Bakı, 22 may, AZƏRTAC
Afrika qlobal miqyasda hər hansı digər regiondan daha sürətlə şəhərləşir, lakin bu, məhsuldar iş yerlərinin yaranması ilə nəticələnmir.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının mütəxəssisi Thomas Sinmegn Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mövzusunda tədbirdə deyib.
O, planlı, idarəolunan və investisiyayönümlü şəhərsalmanın DİM 11-in (Davamlı Şəhərlər və İcmalar) digər hədəflərinə də zəncirvari təsir göstərdiyini bildirib. Diqqətə çatdırılıb ki, DİM 11 birbaşa olaraq, digər 11 Davamlı İnkişaf Məqsədi ilə sıx bağlıdır. Beləliklə, şəhərsalmaya investisiyaların yatırılması və urbanizasiyanın düzgün planlaşdırılması istənilən şəhərdə vətəndaşlara keyfiyyətli, strukturlaşdırılmış və səmərəli xidmətlərin göstərilməsini təmin edir.
Fotoqraf - Nicat Haşımov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [12:27]
WUF13: UNITAC platforması ağıllı şəhər idarəçiliyinə dəstək verir
- 22.05.2026 [12:26]
Harare meri: Şəhərlərin gəlirli layihələr hazırlamaq imkanları məhduddur
- 22.05.2026 [12:21]