Li Syanin: Şəhərlər ağıllı və mərhələli şəkildə yenilənməlidir
Bakı, 22 may, AZƏRTAC
Ağıllı idarəetmə və texniki xidmət sistemləri binaları sadəcə tikilib istifadəyə verilən obyektlərdən uzunmüddətli, təhlükəsiz və aşağı karbonlu idarəetmə sistemlərinə çevirir. Bu sistemlərə obyektlərin idarə olunması, enerji menecmenti, təhlükəsizlik, risklərin qarşısının alınması və istismar mərhələsində məlumat monitorinqi daxildir. Əsas məqsəd dayanıqlılığı gündəlik idarəetmənin ayrılmaz hissəsinə çevirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Tonci Universitetinin vitse-prezidenti Li Syanin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” adlı tədbirdə səsləndirib.
O bildirib ki, şəhərlərin diaqnostikası və yenilənməsi mövcud məkanlarda problemlərin müəyyən olunması və mərhələli şəkildə dayanıqlı bərpa işlərinin aparılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [12:46]
Media nümayəndələri WUF13-də
- 22.05.2026 [12:45]
WUF Akademiyası: Yekun və perspektivlər - bağlanış mərasimi
- 22.05.2026 [12:42]
UN-Habitat nümayəndəsi: Şəhərsalmada Azərbaycanın rolu artmaqdadır
- 22.05.2026 [12:39]