Rui Leao: Mənzil təminatına əlçatanlıq insanların fundamental hüququdur
Bakı, 22 may, AZƏRTAC
Bu gün iqlim böhranı və mənzil təminatı kimi məsələlər olduqca vacib və təxirəsalınmazdır. Hər kəsin mənzil təminatına əlçatanlığı fundamental insan hüququdur və hazırda bu məsələ qlobal miqyasda ən ciddi çağırışlardan birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Portuqaldilli Ölkələrin Beynəlxalq Memarlar Şurasının (CIALP) prezidenti, memarlıq üzrə fəlsəfə doktoru Rui Leao mayın 22-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə" adlı tədbirdə deyib.
O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə bağlı qarşılaşılan əsas çətinlik, onların müxtəlif maraqlı tərəflər tərəfindən necə qəbul edilməsi, həmçinin praktikada, planlaşdırma alətlərində və digər sahələrdə necə tətbiq olunmasıdır.
"Memarların həm dövlət siyasəti, həm də özəl praktika çərçivəsində görə biləcəyi işlər SDG-lərin reallaşdırılmasında müstəsna əhəmiyyətə malikdir", - deyə o vurğulayıb.
Müxbir - Gülay Nəzərova