Oriol İlla: Qısamüddətli icarə bazarı uzunmüddətli yaşayış təklifinin azalmasına səbəb olur
Bakı, 22 may, AZƏRTAC
Spekulyasiya mənzilin daşıdığı sosial hüquq və sosial dəyər prinsiplərinə tamamilə ziddir. Həm böyük şəhərlərdə, həm də şəhər mərkəzlərində, xüsusilə Avropada və Barselonada spekulyativ fəaliyyətlər sosial hüquqlar üçün ciddi təhdid yaradır. Nəticə etibarilə yaşayış sahələri sosial hüquq obyekti olmaqdan daha çox bir investisiya aktivi kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "XXI əsrdə azadlıq üçün Mənzil ərazi Paktı, Metropolitanların mənzil hüququ ilə bağlı BMT Qətnaməsinə doğru" adlı sessiyada Barselona Metropolitanının beynəlxalq və metropolitan rəqəmsal sahəsi üzrə direktoru Oriol İlla səsləndirib.
O vurğulayıb ki, digər amil qısamüddətli icarə və mənzil fonduna olan təzyiqdir. "Bu, uzunmüddətli yaşayış təklifinin azalmasının nəticəsidir, çünki qısamüddətli icarədə mənzilin gətirdiyi gəlirlər uzunmüddətli icarədən daha çoxdur. Bu isə şəhər əhalisinin və sakinlərinin maraqlarına ziddir",- deyə o əlavə edib.
Fotoqraf - Nicat Əlili
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [13:12]
Olman Vargas: İqlim dəyişikliklərinə qarşı əməkdaşlıq gücləndirilməlidir
- 22.05.2026 [13:03]
BMT rəsmisi WUF13-ə uğurlu ev sahibliyinə görə Azərbaycanı təbrik edib
- 22.05.2026 [13:03]