ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ TƏLƏBƏ QƏBULUNUN II MƏRHƏLƏSİ ÜZRƏ İMTAHAN KEÇİRİLMİŞDİR
İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdirilmiş və “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmişdir.
Qəbul olan abituriyentlər sentyabrın 22-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK tərəfindən orta ixtisas məktəblərinə təqdim edilmiş “Qəbul olanların siyahısı”nda imza etməklə, qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.
Orta ixtisas məktəblərinə qəbul olunmayan abituriyentlər sənədlərini bilavasitə təqdim etdikləri sənəd qəbulu komissiyalarından öz imtahan nəticələri haqqında TQDK-nın arayışını ala bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]