ORTA MƏKTƏB MÜƏLLİMİ İKİ MÜSABİQƏNİN QALİBİDİR
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müsabiqələr ölkəmizdə təhsil sahəsinə yardım məqsədi ilə respublika Təhsil Nazirliyinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilmişdir.
35 nömrəli məktəbdə “Ahəngdarlıq layihəsi” təşkilatının keçirdiyi müsabiqə çərçivəsində İnternet mərkəzi yaradılmış və kompüterlə mükafatlandırılan P.Talıbova onun əlaqələndiricisi təyin edilmişdir. Təhsil şöbəsində vurğulamışlar ki, yarışdan əsas məqsəd orta məktəb müəllimlərinin potensialını aşkara çıxarmaq, habelə Azərbaycanın ümumtəhsil müəssisələrinin inkişafında İnternet mərkəzlərinin rolunu müəyyənləşdirmək idi.
Pərvanə Talıbovanın “Aksels” təşkilatının illik müsabiqəsinin ikinci mərhələsindəki qələbəsinə görə məktəbə 2 min ABŞ dolları dəyərində texniki vəsait, qalibə isə 200 ABŞ dolları dəyərində kitablar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]