Ötən il 43 min ermənistanlı Rusiya vətəndaşlığı alıb
Moskva, 1 fevral, AZƏRTAC
Ermənistan sakinləri ötən il Rusiya vətəndaşlığı alan şəxslər sırasında üçüncü yerdədirlər.
AZƏRTAC “RBK” agentliyinə istinadla xəbər verir ki, 2022-ci ildə Rusiya vətəndaşlığı alanların 43 faizi (təxminən 297 min nəfər) ukraynalılar olub. İlk üçlüyə Tacikistan (174 min nəfər) və Ermənistan (45 min nəfər) daxildir.
Siyahını Qazaxıstan (42 min nəfər) və Özbəkistan (27 min nəfər) davam edib.
Azərbaycandan olan 23 min nəfər də keçən il Rusiya vətəndaşlığı alıb. Bu göstərici ilə Azərbaycan 6-cı yerdə qərarlaşıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]