ÖTƏN İL ABŞ-DA YAPONİYA AVTOMOBİLLƏRİNİN SATIŞI REKORD HƏDDƏ ÇATMIŞDIR
ABŞ-ın dünyada ən nəhəng “Ceneral motorz” korporasiyası ötən il 2002-ci illə müqayisədə 2,4 faiz az maşın satmışdır. “Ford motor”un məhsul satışı 4,6 faiz, “Daymler-Kraysler”in isə 3,5 faiz azalmışdır.
ABŞ-ın avtomobil bazarında Yaponiya şirkətləri məhsullarının satışına gəldikdə isə, 2003-cü il onlar üçün çox uğurlu olmuşdur. Məsələn, “Toyota motorz” ABŞ-da 1,8 milyondan artıq avtomobil satmışdır ki, bu da əvvəlki ildəkindən 6,3 faiz çoxdur və şirkətin bütün tarixində rekord göstəricidir.
Ümumiyyətlə, 2003-cü ildə amerikalılar 16,6 milyon avtomobil almışlar. Detroyt avtosalonunda Yaponiyanın “Toyota-Prius” maşını ilin avtomobili olmuşdur. “Toyota-Kemri” modeli isə son yeddi il ərzində altıncı dəfə ən çox satılan avtomobil hesab edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]