Ötən il Bakıda 29 min 722 körpə doğulub
Bakı, 6 mart, AZƏRTAC
Ötən il Bakıda 29 min 722 körpə doğulub. Həmin dövrdə paytaxtda 13 min 117 ölüm halı qeydə alınıb. Bakıda təbii artım 16 min 605-ə bərabər olub. Paytaxtın rayonları arasında ən çox doğum və ölüm halları Sabunçu rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda 3719 körpə doğulub, 1901 nəfər isə vəfat edib. Ən aşağı göstəricilər isə Pirallahı rayonunda qeydə alınıb - müvafiq olaraq 267 və 111.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il paytaxtda, həmçinin 15056 nikah və 4772 boşanma halı qeydə alınıb. Nikahların sayına görə Binəqədi rayonu birincidir - 1865 nikah. Boşanmaların sayına görə isə Yasamal rayonu (644) digər rayonları qabaqlayıb. Ən az nikah və boşanma halları Pirallahı rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda 126 cütlük nikaha daxil olub, 32-si isə boşanıb.
Ümumiyyətlə, Bakıda əhalinin hər 1000 nəfərinə təbii artım 7,3, doğulanlar 13,1, ölənlər 5,8, nikahlar 6,6, boşanmalar isə 2,1 təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]