Ötən il Cənubi Qafqaz Boru Kəmərinə xərclənən vəsait 12 faiz azalıb
Bakı, 12 fevral, AZƏRTAC
2025-ci il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 71 milyon dollar, əsaslı xərclər isə təxminən 38 milyon dollar olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3 faiz azalma və 1,9 dəfə artım deməkdir.
AZƏRTAC bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub ki, bu da əvvəlki ilin eyni dövründən 0,9 milyon kubmetr çoxdur.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [15:01]
Vergi agenti kimdir və vəzifələri nələrdir?
- 12.02.2026 [14:34]
Kuzbassdan Azərbaycana cari ilin ilk buğda unu partiyası göndərilib
- 12.02.2026 [13:56]
bp-də çalışan azərbaycanlıların sayı açıqlanıb
- 12.02.2026 [13:48]
Ötən il bp Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artırıb
- 12.02.2026 [13:45]
bp: “Şəfəq” layihəsi üzrə tikinti işləri qrafikə uyğun aparılıb
- 12.02.2026 [13:28]