Ötən il tikinti sektorunda çalışanların sayı 3,7 faiz artıb
Bakı, 15 aprel, AZƏRTAC
2023-cü ilin ikinci yarısından etibarən tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də ümumi iqtisadiyyatda payı stabil olaraq artmaqdadır. Bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası və daşınmaz əmlak bazarında tələb amillərinin güclənməsi ilə əlaqədar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib.
“Tikinti sektorunun stabil artım tempi iqtisadiyyatda ümumi investisiya mühitinin güclənməsinə və məşğulluq səviyyəsinin qorunmasına müsbət təsir göstərib. Beləliklə, son dövrlərdə tikinti sektorunun ÜDM-dəki payının artması ümumi iqtisadi aktivliyin dəstəklənməsində əhəmiyyətli rol oynamışdır. 2024-cü ildə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 2023-cü illə müqayisədə 3,7 faiz artaraq 117 min nəfər təşkil edib”, - deyə hesabatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]
Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?
- 05.06.2026 [16:42]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb
- 05.06.2026 [16:33]