Ottava şəhərində baş verən atışmada dördü uşaq olmaqla, altı nəfər ölüb
Bakı, 8 mart, AZƏRTAC
Kanadanın paytaxtı Ottava şəhərində çərşənbə günü gecə saatlarında baş verən atışmada dördü uşaq olmaqla, altı nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “CTV News” məlumat yayıb.
Ottavanın mərkəzindən təxminən 15 kilometr cənubda yerləşən Palmadeo Drive yaxınlığında yerləşən evdə baş verən atışmada 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ölənlərin şəxsiyyətinin hələlik təsdiqlənmədiyi və araşdırmaların davam etdiyi bildirilir.
Polisin şəxsiyyətini müəyyən etmədiyi bir kişi də hadisə yerində saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]