OTÜSTÜ XOKKEY ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ OYUNLARI KEÇİRİLMİŞDİR
Çempionatın güclülər dəstəsində çıxış edən kişi komandaları arasında VII turun oyunlarında nəticələr belə olmuşdur: “Sumqayıt” - Nizami rayon İOEUGİM - 0:4, “Qusar” - “Təhsil” - 4:1, “Nizami” ELF - “Cəlilabad” - 5:2, Nizami rayon İOEUGİM 21 xalla turnir cədvəlində birinci yeri tutur. “Sumqayıt” 15 xalla ikinci, “Nizami” ELF 13 xalla üçüncü sıradadır.
Qadın komandaları arasında isə VI turun oyunları keçirilmişdir. Nəticələr belədir: “U-21” - “Bakı” - 5:1, “Qusar”- “Lökbatan” - 2:4, “Lənkəran” - “Sumqayıt” - 5:0. Bütün görüşləri qələbə ilə başa vuran “U-21” komandası 18 xalla yarış cədvəlinə başçılıq edir. “Bakı” və “Lənkəran” komandaları hərəyə 12 xalla 2-3-cü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]