Özbəkistan portalı: Ermənilərin məqsədi sülh danışıqlarını pozmaq, mövcud status-kvonu saxlamaqdır
Daşkənd, 7 aprel, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Podrobno.uz portalında Ermənistan silahlı birləşmələrinin qoşunların təmas xəttindəki təxribatlarından bəhs edən geniş məqalə yayılıb.
Məqalədə bildirilir ki, ermənilərin bu təxribatları törətməkdə məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesini pozmaq, bununla da mövcud status-kvonu saxlamaqdır.
Qeyd olunur ki, Qərbin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə danışıqlar prosesində müəyyən irəliləyişlər olanda ermənilər belə təxribatlar törədir və sülh danışıqlarını pozurlar. Bu dəfə onlar dinc əhali yaşayan kəndləri iriçaplı silahlardan atəşə tutublar. Azərbaycan isə dinc əhalini qorumaq üçün cavab verməyə məcbur qalıb və bir neçə strateji yüksəkliyi ilə keçirib.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışının tam mətni verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]