Özbəkistan Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib
Astana, 7 avqust, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın hava limanında dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, hava limanında ali qonağın şərəfinə fəxri qarovul düzülüb.
Səfər çərçivəsində ikitərəfli danışıqların aparılması və bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana