ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA
Hörmətli İslam Abduqəniyeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və bütün Özbəkistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Əminəm ki, Azərbaycan və Özbəkistan arasında mehriban dostluq və əməkdaşlıq ənənələrinin möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda sabitliyə və tərəqqiyə kömək edəcəkdir.
Hörmətli İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Özbəkistan xalqına sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 avqust 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]