Özbəkistan və Rusiya alimləri koronavirusu radiasiyanın zəif dozası ilə öldürməyi təklif ediblər
Daşkənd, 12 yanvar, AZƏRTAC
Özbəkistan və Rusiya alimləri COVID-19 koronavirusunu radiasiyanın zəif dozası ilə öldürməyin səmərəli olduğu qənaətinə gəliblər.
AZƏRTAC-ın Özbəkistan mətbuatına istinadla məlumatına görə, professor Boris Oksenqendlerin rəhbərliyi ilə bir qrup özbək alimi rusiyalı həmkarları ilə birgə sübut ediblər ki, radiasiyanın ultrabənövşəyi şüaları koronavirus hüceyrələrini öldürür. Mütəxəssislər bir sıra digər xəstəliklərin müalicəsində də bu metodun səmərəli olduğunu bildiriblər.
Alimlər əşyaların, ərzaq və yaşayış sahələrinin dezinfeksiyası zamanı da bu üsuldan istifadə etməyin faydalı olacağını vurğulayıblar.
Hazırda bu üsulla müalicənin metodik tövsiyələri hazırlanır.
Mütəxəssislər bildirib ki, bu üsulla təkcə COVID-19-un yox, koronavirusun mutasiyası və digər virusların müalicəsində istifadə etmək olar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]