Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistana səyahət: Bakı səmasından qədim Xivəyə doğru

Xivə, 5 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Artıq Bakıda əsl payız özünü göstərməyə başlamışdı ki, Özbəkistana çoxdan gözlənilən səyahətə çıxdıq. Yeni təcrübələr, tanış olmayan şəhərlər, qədim tarix və müasir kəşflər bizi gözləyirdi. Komandamla səyahətin hər anını lentə almağı səbirsizliklə gözləyərək marşrutu əvvəlcədən müzakirə etdik.

Beləliklə, noyabrın 3-dən 4-nə keçən gecə Özbəkistana uçduq.

Marşrutumuz belə idi: Heydər Əliyev Beynəlxalq Hava Limanından Daşkəndə və oradan daxili aviareyslə Xivəyə uçuş.

Həmin gün Bakıda hava sakit idi və uçuş rahat idi. Təyyarəyə təəccüblü bir işıq saçılırdı; kimsə zarafat etdi, digərləri ümidlərini bölüşdü. Nəhayət, uzaqdan Daşkəndin işıqları parıldadı.

Təyyarə enəndə bütün ekipaj üzvləri alqışlarla qarşılandı.

Özbəkistanın paytaxtı bizi sərin noyabr yağışı ilə qarşıladı. Yorğun idik, amma bu, bir az həyəcan keçirməyə mane olmadı...

İkinci uçuşumda pəncərənin yanında oturacaqda günəşin doğuşunu izləyə biləcəyim üçün şanslı idim. Ağ saçaqlı buludlar səmadan geniş dənizdən gələn dalğalar kimi bizə tərəf gəlirdi. Günəş şüaları buludlara yumşaq bir şəkildə toxundu və ətrafımızdakı hər şey çəhrayı rəngdə parıldadı.

Ürgənc şəhərinin hava limanına enərkən yüngül bir soyuqluq hiss etdik. Bizi həm Özbəkistan, həm də Azərbaycan nümayəndələri, o cümlədən Medianın İnkişafı Agentliyindən Nuridə Dilanova qarşıladılar.

Avtobusa minib Xivəyə yola düşdük. Səhər saat altı radələri idi.

Oyaq qalmağa çox çalışdıq, amma yorğunluq öz təsirini göstərirdi - təsəvvür edin, təqribən 24 saat yatmamışdıq.

Nəhayət, Xivəyə çatdıq və otelə yerləşdik. Qeydiyyat çox çəkmədi. Ləzzətli bir səhər yeməyi bizi gözləyirdi, amma heç birimiz aşağı düşə bilmədik - yorğunluq qalib gəlmişdi və hamımız yuxuya getdik.

Xivədə oyanırkən

Günortadan sonra saat bir radələrində oyandıq. Artıq maraqlı bir səyahətə çıxmaq üzrə idik, amma əvvəlcə nahar etmək üçün yola düşdük. Restorana gedərkən Xivə mənzərələrini seyr etmək şansım oldu.

Bu şəhər sülh və əmin-amanlıqla doludur. Zamanla donmuş kimi görünür: təmiz küçələr, az maşın, demək olar ki, tıxac yoxdur və hər yerdə yaşıllıq, rahat evlər və həyat ritmi var.

Səs-küylü, dinamik Bakıdan sonra bura bir istirahət məkanı kimi hiss olunurdu. Şəhərdə hər şey tələsmədən davranmağı aşılayır, sanki sizi dayanmağa və sadəcə müşahidə etməyə dəvət edir. Ruhunuzu dincəltmək üçün əsl uyğun məkandır.

İlk sınadığımız yemək kapşirma oldu - Bakı qutabını xatırladan, lakin daha qalın xəmirli ənənəvi özbək ləzzəti idi. Onun içliyi şirəli və ləzzətli, xəmiri isə qızılı qəhvəyi, yumşaq, bir az yağlı idi.

Sonra şivit-oşi təklif olundu. Süfrəyə uyğur yeməyi, bir növ laqman olan şivit-oşi gəldi. Sousun parlaq, yaşılımtıl rəngi, zəngin dadı, ət parçaları, tərəvəz və ədviyyatlar - hər şey heyrətamiz bir ahəngdarlıqla qarışmışdı.

Şərq nağılı

Qədim Xivə... Bu şəhər hansı təəssüratlar yaradır? Çoxsaylı qədim saraylar, minarələr və məscidlər - şəhər Şərq nağılının ab-havasına bürünüb. Həqiqətən, Xivəyə baş çəkməyən hər kəs Özbəkistanın əsl ruhunu hiss etməyib.

Nahardan sonra şəhərin əsas görməli yerlərini araşdırmaq üçün yola düşdük. Burada bizi şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Allanəzər İkramov qarşıladı. O, istiqanlılıqla gülümsədi və dərhal şəhər haqqında hekayəsi ilə hamını ovsunladı, yolda bizə bələdçilik etdi.

Onun sözlərinə görə, qədim Xivə müxtəlif təəssüratlar yaradır. “Dünyanın hər yerindən milyonlarla turistin buraya axın etməsi təəccüblü deyil”, - deyə o əlavə etdi.

 

“Arda Xivə” – Amudəryada liman şəhəri

“Bələdçimiz” izah etdi ki, Xivə şəhəri, ilk növbədə, özünəməxsus memarlıq abidələri olan İçan-Kala qalası ilə anılır. Lakin İkramovun sözlərinə görə, şəhər dəyişir və inkişaf edir. "Ürgəncdən Xivə istiqamətində sözün əsl mənasında dörd kilometr aralıda yeni bir şəhər yaranıb”, - deyə o bildirdi. “Diqqətlə baxsanız, qalanın silueti Xivənin özünə bənzəyir, yalnız daha kiçik miqyasdadır. Bu, yerli sakinlər artıq Xivənin peyk şəhəri adlandırdıqları yeni Arda Xivə turizm kompleksidir. O, 2024-cü ilin payızında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə inşa edilib.

Həmsöhbətimiz kompleksin adının əhəmiyyətini xüsusilə vurğuladı: “Arda Xivə” həm də “liman şəhəri” kimi tərcümə olunur. Bu, heç də təsadüf deyil. Amudərya çayı bir vaxtlar burada, Xivənin yaxınlığında axırdı. Hətta onun uzaq keçmişdə Xəzər dənizinə axdığı barədə məlumatlar da var. Bu gün bir vaxtlar çayın olduğu yerdə böyük göllər qalır. Onlardan biri olan Qovik-Kuli gölü 150 hektar ərazini əhatə edir. Yerli tarixçilərin fikrincə, qədim emalatxanalar burada yerləşirdi və İçan-Kala abidələrinin tikintisi üçün gil oradan götürülürdü”.

Su istirahət zonaları və ticarət meydanları

Suyun kənarında gəzirdik və İkramov gülümsəyərək bizə su sonalarını və ticarət meydanlarını göstərirdi.

O deyirdi: “Qovik-Kuli gölü yaxınlığında Böyük İpək Yolunun cazibəsini yenidən yaratmaq üçün hər bir turistin karvan ticarət yollarının və Şərq bazarlarının ruhunu yaşaya bilməsi üçün su istirahət zonaları və böyük ticarət meydanları yaradılıb”.

Qoş-Darvozanın oyma taxta darvazalarına yaxınlaşanda, sanki kompleksin girişinin məni keçmişə apardığını hiss etdim. “İçəri girəndə özünüzü kiçik bir Xivədə tapırsınız. Kalta-Minor qülləsinin bir nüsxəsi, çoxsaylı orta əsrlər üslublu memarlıq tikililəri, dar küçələr və avarçəkmə kanalları var. Burada qondola gəzintisi Şərq xəyalına, səhranın ortasında kiçik bir Venesiyaya girmək kimidir”, - deyə həmsöhbətimiz izah edir.

O, həmçinin əyləncə seçimlərindən - 4000 ziyarətçi üçün nəzərdə tutulmuş müasir attraksionları olan qapalı və açıq su parklarından, su skuter turları üçün zonalardan və daha çox şeydən qürurla bəhs edir: “Bu məkan ailəvi tətil və ya dostlarla vaxt keçirmək üçün əla yerdir”.

Qastronomiya: Xivə və Avropanın dadlı yeməkləri

Rahat restoran və kafelərin yanından keçirik. “Buradakı qastronomiya da yaxşı düşünülüb”, - deyə Allanəzər izah edir: “Milli və Avropa mətbəxi, ən yaxşı özbək aşpazlarından yeməklər, yerli “fast-food”u dadmaq imkanı - bütün bunlar turistlərin özlərini rahat hiss etmələri və bölgənin kulinariya irsinə bələd olmaları üçün nəzərdə tutulub”.

O, kompleksin mədəni komponentinə xüsusi diqqət yetirirdi. “Arda Xivə”nin mərkəzində 3000 yerlik amfiteatr yerləşir. Burada beynəlxalq festivallar, konsertlər və tamaşalar keçiriləcək. Nəhəng musiqili fəvvarə qonaqlar üçün mərkəzə çevriləcək, yeni kinoteatrlarda isə özbək və xarici kinematoqrafiyanın şah əsərləri nümayiş etdiriləcək”.

Tarixə qayıdan İkramov Xivənin saraylarından, Şərq xanlarının və əmirlərinin dəbdəbəli həyatından danışdı. “Hər bir hökmdar özünü saray otaqları, ecazkar bağlar və təsirli salonlarla əhatə etməyə çalışır, ən yaxşı sənətkarları, zərgərləri və memarları dəvət edirdi”, - deyə o, səmimi heyranlıqla bildirir.

“Nurullaboy” sarayı” xanların mirası

“Nurullaboy” sarayına yaxınlaşanda Allanəzər onun tarixini danışdı: “Bu saray Xivənin XIX əsrin sonu və XX əsrin əvvəllərində olan ruhunu əks etdirir, gözəllik və əzəmət baxımından digər saraylarla rəqabət aparır. II Məhəmməd Rəhim Xan varlı tacir Nurullaboydan bağını satmasını istəyib. Tacir razılaşıb, amma bir şərtlə ki, bu bağ onun adını daşısın. Xan razılaşır və sarayın adı da əvvəlki kimi qalır”.

Saray xanın oğlu Əsfəndiyar Xan üçün tikilib və İçan-Kalanın şimal-qərb hissəsində yerləşir. “Hündür divarla əhatə olunub və dörd həyətdən ibarətdir”, -deyə “bələdçimiz” əlləri ilə işarə edərək izah edir. O əlavə edir: “Ön qapı, mühafizəçilər otağı, dəftərxana, bağlar və gül bağçasıdır - hər şey son təfərrüatına qədər düşünülüb”. II Rəhim Xanın ölümündən sonra sarayın yenidən qurulmasını da ətraflı təsvir edir: “Yüksəkrütbəli qonaqlar üçün qəbul otağı, xüsusi bişmiş kərpiclər, Almaniya istehsalı parket döşəmələr, alman mennonit sənətkarları tərəfindən hazırlanmış pəncərələr və qapılar, bəzək əşyaları, mələklər, çiçəklər və qızılı örtüklərlə bəzədilmiş tavanlar, ardından yeddinci otaqda qiymətli daşlar və tovuz quşu lələkləri ilə bəzədilmiş tavan olan ayrı bir bina var. Yeddi zalda Rusiyadan gətirilmiş çini sobalar və həmin dövrdə yenilik olan elektrik çilçıraqları var”.

O, bizi bütün dəhlizlərdən keçirir, xidmətçilərin və gözətçilərin yerləşdiyi yerləri, arxivləri, mədrəsəni, gül bağçasını göstərir. Sonra əlavə edir: “Bu gün saray tamamilə bərpa edilib. Bu, Xivənin canlı tarixidir, burada həmin dövrün nəfəsini, ipək paltarların xışıltısını, buxur ətrini və saray qəbullarının musiqisini hiss edə bilərsiniz”.

Xivədə ilk günümüzü belə başa vurduq. Yağışlı Daşkənddən buludların üzərindəki səhər günəşinin doğuşuna, səyahət yorğunluğundan Xivənin istiliyinə qədər uzun, yaddaqalan, kəşflər və duyğularla dolu gözəl bir gün yaşadıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur